Sosial şəbəkədə biz:

Bakıda kafedə kütləvi dava - Ölən və yaralılar var

15 August 2017, 11:33
Gündəm
Bakıda qətl törədilib. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.