Sosial şəbəkədə biz:

Bakıda sırf Naxçıvan məhsulları satan mağaza açıldı - FOTO + VİDEO

15 August 2017, 12:47
Gündəm
Bakının "8 km bazarı"nın yaxınlığında,  keçmiş Şuşa hərbi komissarlığının yerləşdiyi  binanın birinci mərtəbəsində, sırf Naxçıvanda istehsal olunan təbii məhsulların topdansatış mağazası açılıb.  Mağaza müştərilərə həmçinin topdansatış qiymətinə pərakəndə  satış da təklif edilir. Mağazada dadı dillər əzbəri olan  Naxçıvan kolbasa və sosislərini, böyük müalicəvi əhəmiyyətə malik mineral sualarını, baldırğan və çaşır turşularını, konservləşdirilmiş şəkilə salınmış Naxçıvan qovurmasını və başqa məhsulları əldə etmək olar. Mağaza həmçinin şadlıq və mərasim evlərilə sərfəli əməkdaşlıq etməyə hazır olduğunu bildirir. Yaxın vaxtlarda "Naxçıvan məhsulları"  brendi  paytaxtın bir neçə yerində  də mağaza açmağı planlaşdırır. Ünvan: Nərimanov rayonu,  Təbriz küçəsi 25 C (köhnə Çapayev) Təfəkkür Universitetinin yanı. Əlaqə telefonları: 050 414 00 85 012 409 85 85 https://www.youtube.com/watch?v=up21I_3ZvDA&t=100s Azinforum.az