Sosial şəbəkədə biz:

Prezident “Ağ şəhər” üçün 3 milyon manat ayırdı

15 August 2017, 19:26
Gündəm
Prezident İlham Əliyev “Ağ şəhər”lə bağlı sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Bakı şəhərinin “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemləri layihəsinin icrasını təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.