Sosial şəbəkədə biz:

Keçmiş baş nazir daxili işlər nazirinin arvadı ilə şərik oldu

17 August 2017, 09:34
Gündəm
Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyuk “Espreso” telekanalının sahiblərindən birinə çevrilib. Virtualaz.org “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, Yatsenyuk “Astra Finans” şirkətinin son benefisiarlarının – təsisçilərinin siyahısında yer alır ki, həmin şirkət “Qoldberi” MMC-nin mülkiyyətçisidir. Öz növbəsində “Qoldberi” MMC “Espreso” telekanalının təsisçisidir. Qeyd olunur ki, “Astra Finans”ın son benefisiarları arasında Ukraynanın daxili işlər naziri Arseni Avakovun arvadı İrinanın da adı var.