Sosial şəbəkədə biz:

Güclü günəş küləyi Yerə tərəf istiqamətlənir

17 August 2017, 20:52
Gündəm
Güclü günəş küləyinin axınının səbəb olduğu maqnit qasırğası bir neçə saatdan sonra öz pik nöqtəsinə çatacaq. Oxu.Az-ın Life nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının alimi Anatoli Belov məlumat verib. “Günəşdə Yer kürəsinə tərəf istiqamətlənən güclü günəş küləyi ilə müşahidə olan “tac dəliyi” əmələ gəlib”, - o deyib. Alimin sözlərinə görə, geomaqnit qasırğa dörd balla qiymətləndirilib (doqquz ballıq cədvəl üzrə). O həmçinin qeyd edib ki, insana həm güclü, həm də zəif geomaqnit qasırğa təsir edir. TESİS kosmik laboratoriyasının son məlumatına əsasən, avqustun 15-də Günəşdə üç güclü partlayış baş verib.