Sosial şəbəkədə biz:

Xırdalanda orta məktəb qarət olunub

19 August 2017, 12:47
Gündəm

Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.