Sosial şəbəkədə biz:

Şirkət direktoru BMCQMİ-yə müraciət etdi: 10 min manata görə

17 August 2015, 18:18
Gündəm
“Günel” MMC-nin direktoru Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib. 
Musavat.com-un əldə etdiyi məlumata görə, MMC-nin direktoru Çingiz Həsənov “Azər Etalon
Test” MMC-nin direktorundan şiakyət edib.
Çingiz Həsənov 2014-cü ildə Murad İbrahimovun direktoru olduğu “Azər Etalon Test” MMC-yə 10 min manat ödədiyini, lakin bunun qarşılığında vəd edilən işin görülməməsindən şikayətçidir.
Şirkət direktorlarının aralarındakı razılaşmaya görə, Murad İbrahimov aldığı məbləğin qarşılığında betonqarışdıran aparatın quraşdırılmasını öhdəsinə götürübmüş.