Sosial şəbəkədə biz:

Torpaq sürüşməsi 500 nəfəri öldürdü - foto

21 August 2017, 09:43
Gündəm
Syerra Leonenin paytaxtı Fritaun şəhərində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün daha 30 nəfərin meyiti dağıntıların altından çıxarılıb. “ActionAid” humanitar təşkilatının direktoru Riçard Millerin sözlərinə görə, 1 500-dək insan itkin düşmüş hesab olunur. İçməli suya da ciddi ehtiyac olduğu bildirilir.