Sosial şəbəkədə biz:

Azərbaycanlı sürücü “07” ilə Amerikada! – FOTO

21 August 2017, 12:19
Gündəm
Bakılı sürücünün "VAZ-2107" markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib. Avtosfer.az xəbər verir ki, tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park ediildiyi əks olunur. Nömrə əvəzinə "I love NY, Baku55" ("Mən Nyu-Yorku sevirəm, Bakı 55"-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur. Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb. Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.