Sosial şəbəkədə biz:

Bakıda “Lukoil”in benzindaşıyan maşını həyəcanlı anlar yaşatdı – VİDEO

21 August 2017, 15:04
Gündəm
Bakıda “Lukoil” yanacaqdoldurma məntəqələrinə məxsus yanacaq daşıyan avtomobili idarə edən sürücü insanların həyatını təhlükəyə atıb. Azinforum.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə avqustun 8-də “Dərnəgül yolu”nda – Ziya Bünyadov prospektində baş verib. Videodan aydın olur ki, 10 ZH 844 dövlət nömrə nişanlı yanacaq daşıyan yük avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü sağ-sol manevrlər edərək təhlükəli yerdəyişmələr edir, qəza şəraiti yaradır.