Sosial şəbəkədə biz:

5 gün Zeynəbsiz... - Günahkar itlərdir, yoxsa həkim?+Video

22 August 2017, 16:24
Gündəm
Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəbin it dişləməsi nəticəsində ölməyindən 5 gün keçir.  Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi bu hadisədən sonra ilin sonuna kimi Bakıda bütün sahibsiz itlərin tam zərərsizləşdiriləcəyini açıqlamışdı. “Qafqazinfo”nun əməkdaşları Sumqayıta gedərək hadisə baş verən ərazidə olublar və hazırda şəhərdəki sahibsiz itlərlə mübarizə məsələsi ilə maraqlanıblar. Məlum olub ki, heyvanlarla tək mübarizə üsulu onları qanunsuz güllələmədir və heç bu üsul özü də işlək deyil. Zeynəbin babası Əlövsət Mikayılovun fikirlərinin də əks olunduğu videomaterialı təqdim edirik: