Sosial şəbəkədə biz:

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 August 2017, 10:28
Gündəm
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb. Azinforum.az-ın məlumatına görə, hadisə Kürdəxanıda, meyxana ustası qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib. B.Kürdəxanılı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.