Sosial şəbəkədə biz:

Azərbaycanın qadın güləşçiləri dünya çempionatında mübarizəyə qoşulur

23 August 2017, 11:22
Gündəm
Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının üçüncü günündə mübarizəyə qadın güləşçilər qoşulacaqlar. “Report” xəbər verir ki, Azərbaycan 4 çəki dərəcəsi üzrə yarışların 3-də təmsil olunacaq. Artıq onların ilk rəqibləri məlumdur. Üçqat Avropa çempionu Nataliya Sinişin və böyüklər arasında mundialın debütantı Elmira Qəmbərova xalça üzərinə 1/16 final mərhələsindən çıxacaq. İrina Netreba isə 1/8 finaldan etibarən çıxış edəcək. Dünya çempionatı 55 kq 1/16 final. Nataliya Sinişin - İrina Kuraçkina (Belarus) 58 kq 1/8 final. İrina Netreba - Giedre Blekaytite (Litva) / Ariadne Mikelle Burxart (Austriya) 63 kq 1/16 final. Tayla Tuahine Ford (Yeni Zellandiya) - Elmira Qəmbərova Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlayacaq. Qeyd edək ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb.