Sosial şəbəkədə biz:

Ruslar bilir ki, Ermənistan hər cür satqınlığa hazırdır – Deputat

24 August 2017, 21:38
Gündəm
Bu gün Rusiyaya tətbiq edilən sanksiyalar, təzyiqlər fonunda Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, NATO-nun keçirdiyi hərbi təlimlərə qatılması Ermənistanın hər cür satqınlığa hazır olduğunu təsdiq edir: “Rusiya-NATO münasibətləri olduqca bərbad vəziyyətdədir və bir çox hallarda hətta, düşmən münasibətlərindən söhbət gedir. NATO Rusiyanı özü üçün ən ciddi təhlükə mənbəyi hesab edir və eyni zamanda Rusiya da NATO-ya eyni mövqedən yanaşır. Belə olan vəziyyətdə özünü Rusiyanın müttəfiqi sayan Ermənistanın NATO ilə əməkdaşlıq etməsi, onun hərbi təlimlərinə qatılması bir məlum həqiqəti növbəti dəfə təsdiqləmiş olur – Ermənistanda bir xunta rejimi oturub və həmin xunta rejimi hər cür satqınlığa hazırdır”. Deputat vurğulayıb ki, bu hadisə Rusiya ictimaiyyəti və hakimiyyəti üçün də bir həqiqəti növbəti dəfə təsdiqləyir: “Heç vaxt Ermənistandakı hakimiyyətə etibar etmək olmaz. Ermənistanın satqın mövqeyini Avropada da, Rusiyada da çox gözəl bilirlər”.