Sosial şəbəkədə biz:

İŞİD-dən azad edilən şəhərdə İraq bayrağı qaldırıldı

26 August 2017, 16:28
Gündəm
İraqın Təlafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir. APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, döyüşlər nəticəsində şəhərin əksər hissəsi terrorçulardan təmizlənib. Strateji məntəqə olan Təlafər qalası da terrorçulardan azad edilib və qalaya İraq bayrağı asılıb. Əməliyyata rəhbərlik edən general-leytenant Abduləmir Yarullah qala ilə yanaşı, Təlafər bağlarının da terrorçulardan təmizləndiyini açıqlayıb. Suriya ilə sərhəddə yerləşən Təlafər İŞİD-in İraqda sonuncu əsas dayağı sayılır. Şəhərin azad edilməsi üçün əməliyyatlara avqustun 20-də başlanılıb. Hərbçilər Qurban bayramına – sentyabrın 1-dək Təlafəri terrorçulardan tam təmizləməyi planlaşdırırlar.