Sosial şəbəkədə biz:

Azərbaycanda silah anbarında partlayış və yanğın olub

27 August 2017, 10:41
Gündəm
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.