Sosial şəbəkədə biz:

İsmayıllıda avtoritetin qardaşının toyunda atışma - Ölən var

27 August 2017, 13:41
Gündəm
İsmayıllı rayonunda keçirilən toy mərasimi zamanı silahlı insident baş verib. “ Azinforum.az ” Report-a istinadən xəbər verir ki, tapançadan açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirilir. Əldə olunan məlumata görə, hadisə zamanı 7 dəfə atəş açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İnsidentin kriminal avtoritetlərdən birinin qardaşının toyunda baş verdiyi deyilir.