Sosial şəbəkədə biz:

Borjomidə yanğını söndürən vertolyot suya düşdü, Azərbaycan xilasediciləri köməyə getdi

27 August 2017, 13:47
Gündəm
Bu gün səhər saatlarında Gürcüstanın Borjomi dərəsində meşə yanğınlarının söndürülməsində iştirak edən vertolyot qəzaya uğrayıb. Virtualaz.org xəbər verir ki, Gürcüstanın dövlət sərhəd xidmətinə məxsus olan vertolyot çənini su ilə doldurarkən qəzaya uğrayıb və suya düşüb. Ekipaj xəsarət almayıb, yanğının söndürülməsində iştirak edən Azərbaycan yanğınsöndürənləri və xilasediciləri köməyə gedib.