Sosial şəbəkədə biz:

Silah anbarında partlayış nəticəsində altı nəfər yaralanıb - Nazirlik rəsmi məlumat yaydı

27 August 2017, 13:53
Gündəm
Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, onların hamısında qəlpə yaraları olub. Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür. Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb. APA