Sosial şəbəkədə biz:

Qaxda 8-ci sinif şagirdi intihar edib

27 August 2017, 16:26
Gündəm
Qax rayonunda 13 yaşlı oğlan intihar edib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmbərçay kənd sakini 13 yaşlı Süleyman Hüseyn oğlu Şəliyev özünü fındıq ağacından asaraq intihar edib. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb və həkimlərin müayinəsi nəticəsində səkkizinci sinifdə oxuyan S.Şəliyevin artıq ölməsi məlum olub. Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi açılıb,araşdırma aparılır.