Sosial şəbəkədə biz:

Bakıda relslərin üzərində oynayan uşağı qatar vurub

28 August 2017, 09:40
Gündəm
Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub.   "Report" xəbər verir ki, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib. Nəticədə uşaq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.   Fakt hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırılır.