Sosial şəbəkədə biz:

Sumqayıtda 22 yaşlı qız itkin düşüb - Atası 5 gündür onu axtarır + Video

28 August 2017, 09:50
Gündəm
Sumqayıtda 22 yaşlı qız itkin düşüb. “ Azinforum.az ” ın Xezerxeber.az-a istinadən məlumatına görə, atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur. Anası Əfsanəni bələkdə olarkən atasına verib və evi tərk edib. O gündən Səfər Əsədov qızına həm ata, həm də ana olub. Fəhləliklə böyütdüyü qızı isə 5 gündür atasının gözünü yolda qoyub. Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki, heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir. Məsələ ilə bağlı Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxlanılıb. Bölmədən məlumat veriblər ki, 22 yaşlı Ə.Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.