Sosial şəbəkədə biz:

Məkkə Həcc ziyarətinə hazırlaşır

29 August 2017, 11:16
Gündəm
Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti ilə əlaqədar Məkkə şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib. Minlərlə hərbçi fəaliyyətə cəlb olunub. Belə ki, 2 milyondan çox insanın müqəddəs Kəbə evini ziyarət edəcəyi gözlənilir. Qurban bayramı cümə günü qeyd olunacaq və ziyarət 5 gün davam edəcək. Təhlükəsizlik qüvvələri, əsasən, tapdaq altında qalma və yanğın hallarına qarşı xüsusi tədbirlər görməyə çalışırlar. İndiyə qədər izdiham zamanı yaşanan bu kimi hadisələr nəticəsində yüzlərlə insan həlak olub.