Sosial şəbəkədə biz:

Orxan Fikrətoğlunun yeni iş yeri müəyyənləşdi

31 August 2017, 09:21
Gündəm
Tanınmış analitik və teleaparıcı Orxan Fikrətoğlu yenidən ekranlara qayıdacaq. “ Azinforum.az ” “Ölkə.az”a istinadən xəbər verir ki, “Köhnə azərbaycanlı” təxəllüsü ilə tanınan Orxan Fikrətoğlu yeni mövsümdən Space TV-də fəaliyyət göstərəcək. O, sözügedən kanalda “Gecə düşüncələri” layihəsinin müəllifi və aparıcısı kimi fəaliyyət göstərəcək. Veriliş həftədə 6 dəfə yayımlanacaq. Verilişdə gündəmdə olan mövzulara, hadisələrə ziyalı mövqeyi ön plana çıxarılacaq. Qeyd edək ki, Orxan Fikrətoğlu “Zorxana”, “Nə xəbər” kimi layihələrin müəllifi və aparcısı olub.