Sosial şəbəkədə biz:

Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınıb

01 September 2017, 10:19
Gündəm
Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb. “Report” xəbər verir ki, bu gün saat 9:00-da Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb. Ölkə ərazisində ilk bayram namazı saat 08:00-da paytaxtın Əjdərbəy məscidində qılınıb. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda sentyabrın 1-dən 4-dək qeyri-iş günüdür.