Sosial şəbəkədə biz:

Qız üstündə mübahisə qanla bitdi - Ölən və yaralananlar var

02 September 2017, 12:10
Gündəm
Türkiyədə iki ailə arasında mübahisə qanla bitib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aydın vilayətində baş verib. Məlumata görə, Ergezen və Duran ailələri arasında qız alıb-vermə səbəbindən mübahisə yaranıb. Nəticədə tərəflər arasında silahlı qarşıdurma olub. İnsident zaman 1 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan biri uşaqdır. Polis hadisə yerində 500-ə qədər tapança və ov tüfəngi gilizi tapıldığını bildirib. Yaralıların yerləşdirildiyi xəstəxanada və hadisə yerində təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.