Biz hazırıq 
#QarabağFK #UCL #groupstage
“Qarabağ” Çempionlar Liqasında bu heyətlə çıxış edəcək
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın formasını geyinəcək futbolçuların adlarına aydınlıq gəlib. Klubun rəsmi "Twitter" səhifəsində verilmiş informasiyaya əsasən, Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim edib.
Baş məşqçi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında son anda transfer edilən Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev də var.
Ümumilikdə, 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu Azərbaycan çempionunun şərəfini qoruyacaq.
"Qarabağ"ın iştirak ərizəsi:
Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev
Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq. Ağdam klubu ilk görüşünü sentyabrın 12-də “Çelsi” ilə səfərdə keçirəcək.
