Sosial şəbəkədə biz:

DÇ-2018: Azərbaycan San-Marinonu məğlub etdi 

04 September 2017, 22:10
Gündəm
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını böyük hesabla məğlub edib – 5:1 Əvvəlcə, 20-ci dəqiqədə Əfran İsmayılov fərqlənib - 1:0. Azərbaycan yığmasının ikinci qolunu Araz Abdullayev vurub. Birinci hissə 2:0 hesabı ilə başa çatıb. İkinci hissədə, görüşün 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib – 3:0. Oyunun 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb - 4:1. Matçın 81-ci dəqiqəsində Rəşad Sadıqov San-Marino millisinin qapsına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirib - 5:1. Qeyd edək ki, bu zəfər sayəsində milli yer aldığı C qrupunda 10 xalla 3-cü pilləyə yüksəlib. Yeri gəlmişkən, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı. Onu da qeyd edək ki, VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya - Çexiya və Almaniya - Norveç qarşılaşmaları ilə yekun vurulacaq.