Sosial şəbəkədə biz:

Azərbaycana idxal olunan A-98 markalı benzinin qiyməti qalxır

04 September 2017, 23:11
Gündəm
Azərbaycana idxal olunan benzinin qiymətində artımın olacağı gözlənilir. Azinforum.az-ın əldə etdiyi məlumata görə, sabahdan “Aİ-98 Super” markalı benzinin yeni qiymətə satılacaq. Belə ki, indiyə qədər bir litri 1,20 AZN-ə satılan “Super Aİ-98” markalı benzinin satış qiyməti artaraq 1,30 AZN kimi müəyyənləşib. Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir. Rövşən Azinforum.az