Sosial şəbəkədə biz:

İcra başçısı ilə konflikti olan sahibkarın ürəyi PARTLADI - Göyçayda

05 September 2017, 11:14
Gündəm
Göyçay rayonunda icra başçısı ilə konflikti olan sahibkar ürək tutmasından vəfat edib. Unikal.org-un əldə etdiyi məlumata görə, "AVA-N" MMC-nin direktoru Mövsüm Muradov bayram günü qurban kəsib payladıqdan sonra ürəyi dayanıb. Bir müddət əvvəl Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin göstərişi ilə M.Muradovun rəhbərlik etdiyi bazarın əsas giriş qapılarının sökülərək qapadılması səbəbindən narazılıq yaranmışdı. Bazarda işləyən ticarətçilər buna etiraz olaraq aksiya keçirmişdilər.