Sosial şəbəkədə biz:

Yaydığımız xəbər təsdiqini tapdı - Benzinin qiyməti dəyişdi

05 September 2017, 11:51
Gündəm
Dünən Azinforum.az Azərbaycana idxal olunan benzinin qiymətində artımın olacağı ilə bağlı məlumat yaymışdı. Həmin xəbərdə bildirilirdi ki, “Aİ-98 Super” markalı benzinin qiymətində artım olacaq. Yaydığımız məlumat öz təsdiqini tapıb. Artıq bu gündən bir litri 1, 20 AZN-ə satılan “Super Aİ-98” markalı benzinin satış qiyməti artaraq 1,30 AZN kimi müəyyənləşib. Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir. Azinforum.az