Prokuror otağında intihar etdi
Rusiyanın Həştərxan vilayətinin prokuroru Oleq Dupak mənzilində ölü tapılıb. AzVision.az xəbər verir ki, ilkin versiyaya görə Həştərxan prokuroru intihar edib. Prokurorun cəsədi onun yoldaşı tərəfindən aşkarlanıb. Cəsədin yanında şəxsi tapançası tapılıb. Onun mükafatlandırıldığı “Makarov” tipli tapançadan özünə atəş açdığı bildirilir.