Sosial şəbəkədə biz:

Bahalı telefonunu Fəvvarələr meydanında qoyub getdi

23 August 2015, 15:14
Gündəm
Bakı sakini telefonunu Fəvvarələr meydanında unudub. Lent.az xəbər verir ki, 9-cu Polis Bölməsinə müraciət edən 1977-ci il təvəllüdlü Hüseynov Rəşad Kamil oğlu bildirib ki, qiyməti 600 manata yaxın olan “İPhone” markalı telefonunu Fəvvarələr Meydanında oturacağın üstündə unudub. Təxminən 10 dəqiqə sonra geri qayıdan R.Hüseynov telefonunu qoyduğu yerdə tapa bilməyib. Müraciət əsasında araşdırma aparılır.