Sosial şəbəkədə biz:

Razi Nurullayev informasiya portalı açır - AÇIQLAMA

AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev informasiya portalı açacaq. Bu barədə Hafta.az-a R.Nurullayevin özü məlumat verib. O bildirib ki, çox istərdik “Azadlıq” qəzeti müstəqil olub, hər kəsin fikrini işıqlandırsın: “Ancaq əks təqdirdə biz nə edə bilərik? “Cümhuriyyət” qəzetini buraxacağıq. Ayrıca da cəbhə.info portalımız olacaq. Bunların ikisini də işlədəcəyik. AXCP-nin isə veb formatda yeni səhifəsini yaradacağıq. Bu məsələdə qərarlıyıq və sona qədər gedəcəyik”. R.Nurullayev parlament seçkilərinə hazırlıqları barəsində də danışıb. O bildirib ki, təşkilatlanma mərhələsində olduqları üçün, seçkilərə hazırlaşma imkanları yoxdur: “Anında qərar verəcəyik. Üzvlərimizdən kimlərsə seçkilərdə iştirak edə bilərlər. Lakin bloklar daxilində və ya hansısa konsepsiya şəklində qatılmaq imkanlarımız olmayıb. Qeyd etdiyim kimi, ayrı-ayrılıqda seçkilərə qatılmağı düşünürük”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol