Sosial şəbəkədə biz:

İŞİD Tunisdəki terror aktına görə məsuliyyəti üzərinə götürüb

20 March 2015, 00:34
Gündəm
ishİŞİD terror qruplaşması Tunisin paytaxtındakı muzeyə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, martın 18-də hərbi geyimli silahlılar Tunis parlamentinin yaxınlığındakı “Bordo” muzeyinə soxularaq əcnəbi turistləri girov götürüblər. Hücum zamanı muzeydə 200-dək turist olub. Terror aktı nəticəsində 20-si turist olmaqla 23 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Terrorçulardan ikisi məhv edilib.