Sosial şəbəkədə biz:

Netanyahu Fələstini tanımamaq barədə qərarını dəyişib

20 March 2015, 10:47
Gündəm
netİsrailin baş naziri Binyamin Netanyahu Ameikanın MSNBC telekanalına müsahibəsində vəzifədə olacağı dövrdə İsrailin Fələstini tanımamaq barədə elan etdiyi qərarını dəyişib.
 APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Netanyahu Fələstin Dövlətinin tanınması  yolu ilə  Fələstin-İsrail münaqişəsinin davamlı və dinc yolla nizamlanmasını dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, bunun üçün şərait tam dəyişilməlidir.
Qeyd edək ki,  martın 18-də Netanyahunun lideri olduğu “Likud” partiyası Knessetdə çoxluğa nail olub.