Sosial şəbəkədə biz:

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

abshABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv haqqında sərəncamını alqışlayır. RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib.   Psaki qeyd edib ki, azad edilənlərin dördü Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvləridir. Xatırladaq ki, martın 18-də Azərbaycan prezidenti İlham Əliyev 101 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb. Azadlıqdan məhrum edilmiş 90 nəfər cəzasının qalmış hissəsindən, dörd nəfər islah işləri cəzasından, yeddi nəfər isə cərimə cəzasından azad edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol