Sosial şəbəkədə biz:

Baş nazir PKK-dan ayrılan gəncə 6 qızıl bilərzik verdi

20 March 2015, 17:16
Gündəm
davTürkiyənin baş naziri Əhməd Davudoğlu PKK-dan ayrılan və ailə həyatı quran 29 yaşlı Ramazan Toya 6 qızıl bilərzik hədiyyə edib. Virtualaz.org saytı bildirir ki, Ramazan Toy PKK-dan ayrıldıqdan sonra dünən Şanlıurfa vilayətində özünə toy edib. O, toyuna baş naziri də dəvət edib. Lakin baş nazir toya gəlməyib, əvəzində gənc ailəyə 6 qızıl bilərzik göndərib. Toy zamanı isə zəng edərək hər iki gənci təbrik edib. Qeyd edək ki, Ramazan Toy PKK-ya ötən ilin yanvar ayında qoşulmuşdu. PKK-nın İŞİD-lə döyüşlərində yaralanan Ramazan Toy müalicə aldıqdan sonra PKK-ya qayıtmayıb