Sosial şəbəkədə biz:

Ağ Evə sianidli məktub göndərilib

Ekspertiza martın 16-da Ağ Evə göndərilən konvertdə sianid olduğunu təsdiqləyib. APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ xüsusi xidmət orqanlarının nümayəndəsi Brayan Liri açıqlama verib. Onun sözlərinə görə, ekspertizanın nəticələri təsdiqlənmək üçün digər müəssisəyə göndərilib. Hazırda insident araşdırılır. Məktubu açan Ağ Ev əməkdaşının zərər çəkmədiyi bildirilir. Konvertin üzərindəki ünvan xüsusi xidmət orqanlarının diqqətini çoxdan çəkmiş bir kişiyə aiddir. Belə ki, o, 1995-ci ildə Ağ Evə nəcislə murdarlanmış konvert göndərib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol