Sosial şəbəkədə biz:

Bakı Metropoliteni yeni stansiyaların istismara verilməsi tarixini açıqlayıb

"Bakı Metropoliteni" QSC "bənövşəyi xətt"in ilk iki - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: "Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq". Qeyd edək ki, "bənövşəyi xətt" 12 stansiyadan ibarət olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol