Sosial şəbəkədə biz:

Yanukoviçin Baykalda batması ilə bağlı - Rəsmi məlumat

22 March 2015, 16:41
Gündəm
15:30   Viktor Yanukoviçin kiçik oğlu Viktor Baykal gölündə boğulub.    Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.   Mətbuatın iddiasına görə hadisə martın 20-də baş verib. O, Baykal gölündəki buzların altında qalıb. Hələlik onun kiminlə Baykal gölünə balıq ovlamaq üçün getdiyi deyilmir.     16:19   Rusiya Fövqəladə Hallar Nazirliyi Baykal gölündə Yanukoviçin oğlunun həlak olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.   FHN-in yaydığı məlumatda qeyd edilir ki, Baykal gölündə ölənlər arasında Yanukoviçin oğlu olmayıb:   "Baykal gölündə həlak olanlar və ya zərər çəkənlər arasında Yanukoviç soyadında biri yoxdur".