Sosial şəbəkədə biz:

Erməni əsgəri silahını atıb Azərbaycan tərəfə qaçdı

22 March 2015, 17:55
Gündəm
Qarabağdakı erməni işğalçı qüvvələrinin hərbi xidmətçisi Andranik Qriqoryan Azərbaycan tərəfə qaçıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya mənbələri xəbər yayıb. Məlumata görə, 24 yaşlı erməni hərbçisi silah-sursatını döyüş postunda ataraq Azərbaycan tərəfə keçib. Bundan əvvəl Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada 20 erməni hərbçisi həlak olmuş və yaralanmışdı.