Sosial şəbəkədə biz:

AXCP funksioneri Fransaya mühacirət edib?

22 March 2015, 23:39
Gündəm
Azərbaycan Xalq Cəbhəsi Partiyası mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransadan siyasi sığınacaq almağa hazırlaşır.
Azinforum.az bildirir ki, bunu Moderator.az-a adının çəkilməsini istəməyən mənbə bildirib. Onun sözlərinə görə, artıq Natiq Ədilov Fransadadır və o, həbs təhlükəsinin real olacağına əmin olduqdan sonra belə qərara gəlib. Mənbə hal-hazırda onun Parisdə olduğunu və birinci mərhələdə oturum izni aldığını iddia edir.