Sosial şəbəkədə biz:

Aşıq Zülfiyyə qəzaya düşdü

Aşıq Zülfiyyə avtomobil qəzası keçirib. " Azinform.az "ın  Axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda "Öz aramızda" verilişində xəbər verib. Canlı yayıma gələrkən, saz ifaçısının idarə etdiyi "Mercedes-Benz S-Class" markalı avtomobil başqa bir maşınla toqquşub: "Səhhətimdə heç bir problem yoxdur, salamatçılıqdır. Qəza Binəqədi rayonu ərazisində oldu. Günah məndə yox, qarşıdan gələn xanımda idi. Çox sürətlə gəlirdi, idarəni itirdi, avtomobilimi kənara çəkdim ki, əyləci basıb, maşını saxlasın. Amma edə bilmədi, nəticədə, mənim maşınım yol kənarındakı daşa çırpıldı, xanım da gəlib vurdu. Məndə "S-Clas" idi, xanımda cipdir. Maşınıma güclü ziyan dəyməyib. Xanımın avtomobili pis vəziyyətə düşüb".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol