Sosial şəbəkədə biz:

Xalq artistinin qardaşı oğlu öldürüldü- Ağsuda

Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib. " Azinform.az " APA-ya istinadən xəbər verir ki, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb. Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol