Sosial şəbəkədə biz:

Hizbullah: "İsrail bombalanmalıdır"

"Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullah Yəməndə aparılan hərbi əməliyyatları və ərəb koalisiyasını sərt tənqid edib. ANS PRESS-in məlumatına görə, lider ərəblərin husilərə qarşı deyil, İsrailə qarşı birləşməli olduğunu deyib. Həsən Nəsrullah bildirib ki, "Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətərdən ibarət ərəb koalisiyası öz hərbi "İnadkar fırtına" əməliyyatlarını digər müsəlmanlara qarşı deyil, İsrailə qarşı yönəltsəydilər, "Hizbullah" çox sevinərdi". O həmçinin Ər-Riyadın Yəmən hadisələrinə müdaxilə etməsinə də təəccübləndiyini deyib. "Halbuki illər ərzində regionda baş verən hadisələr daim Səudiyyə Ərəbistanından yan keçirdi", - deyə Nəsrullah firkini belə izah edib. Hizbullah lideri "alçaldıcı məğlubiyyətlə qarşılaşmamaq üçün" ərəb koalisiyasını öz qərarını bir daha gözdən keçirməyə səsləyib. "Çünki işğalçılar həmişə məğlubdurlar və alçalan da onlardır". Qeyd edək ki, Yəməndə husi qiyamçılar prezident Abd Rabbuh Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, o, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınmışdı. Husilərin Ədənə irəliləməsindən sonra ölkənin xarici işlər naziri Riyad Yassin Körfəz ölkələrini husi qiyamçılarının qarşısını almaq üçün tədbir görməyə çağırmışdı. Çağırışdan sonra Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərini bombalayıb. "İnadkar fırtına" adı alan əməliyyata Səudiyyə Ərəbistanı şahzadəsi Muhammed ibn Salman başçılıq edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol