Lamiyə Quliyeva evini satır - 100 min manata
Həbsdə olduğu zaman mətbuatın gündəmindən düşməyən keçmiş məhkum Lamiyə Quliyeva Şəmkirdə yerləşən ata evini satışa çıxarıb. Bu barədə azvision.az-a Lamiyə Quliyeva özü məlumat verib. Bildirib ki, ailəsinin razılığı ilə evlərini satışa çıxarıblar. “Biz Şəmkirdəki evimizi satışa çıxardıq. Evin qiyməti 100 min manatdır”. L. Quliyeva Bakıya köçmək istədiyini də bildirib: “Evi satdıqdan sonra Bakıya köçəcəyik”. Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyyə Quliyevə bu ilin fevralında azadlığa buraxılıb.