Sosial şəbəkədə biz:

İncəsənət Gimnaziyasının direktoru işdən çıxarıldı

31 March 2015, 15:21
Gündəm
Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Mahuzər Şabanbəyova işdən azad olunub. Bu barədə lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Şabanbəyova martın 6-da öz ərizəsi ilə işdən azad edilib. Onun vəzifəsinin icrası təhsil müəssisəsinin ibtidai sinif rəhbəri Umnisə Nəcəfbəyovaya həvalə olunub. Yaxın günlərdə İncəsənət Gimnaziyasına direktor təyin olunacaq.