Sosial şəbəkədə biz:

Girov götürülən prokuror xilas edildi- 3 ölü

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib. “Azinforum.az” ın ans press-ə istinadən məlumatına görə, “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması üçün polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir. Əməliyyat zamanı 3 terrorçu öldürülüb. Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü. Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol