Sosial şəbəkədə biz:

40 milyard sərvəti olan ərəb şeyxi “Tarqovı”da- Fotolar

Bu gün Azərbaycana rəsmi səfəri planlaşdırılan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktumun bir neçə ay öncəki Bakı səfərinin fotoları yayılıb.   “Qafqazinfo” xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan səfərin görüntüləri instagramda yerləşdirilib. Qeyd edək ki, bir neçə gün öncə şeyxin varisi 18 milyardlıq sərvəti olan Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda səfərdə olmuşdu. Onu da əlavə edək ki, Hamdan ibn Muhammed əl Maktum Muhammed Bin Rəşidin ikinci oğludur. Belə ki, 2008-ci ildə şeyxin böyük oğlu Rəşid ibn Muhammed Dubay-taxt-tacından imtina etdikdən sonra varislik hüququ avtomatik olaraq qardaşına keçmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol